2 Saylı Kliniki Uşaq Xəstəxanası haqqında ümumi məlumat


Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası 1960-cı ildən fəaliyyət göstərir. Əbülfəz Qarayev ilk azərbaycanlı pediatr, əməkdar elm xadimi olub.

İlk dövrlərdə xəstəxana Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yardıcısı olan Ə.Qarayevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnsititutunun Pediatriya fakültəsində açılıb və o dövrdən elmi pedaqoji baza kimi fəaliyyət göstərir.

2009-2010-cu illərdə xəstəxanada əsaslı təmir işləri aparılıb, sturuktur dəyişikliyi edilib. Xəstəxana 2- Somatik və İnfeksion korpusdan ibarətdir. Xəstəxanada Uşaq otorinolarinqologiya, Nefroloji, Neyroinfeksiya, Pediatriya, Reanimasiya, Radiologiya, Təcili tibbi yardım, Yoluxucu, Yenidoğulmuşların patalogiyası, Laboratoriya, Fizioterapiya, Poliklinika şöbələri fəaliyyət göstərir.

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Əbülfəz Qarayevin adını daşıyan 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi Quliyeva Şəhla Aslan qızıdır.

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 956-cı məhəllə AZ1110

Telefon:
(+99412) 495-38-58
(+99412) 495-21-96
(+99412) 495-38-78
(+99412) 495-38-56