5 nömrəli Kliniki Doğum Evi haqqında ümumi məlumat


Bakı şəhərinin qocaman tibb müəssisələrdən biri də Şamama Ələsgərova adına 5 saylı Doğum Evidir. Doğum evinin binası 1932-ci ildə inşa edilib. Bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb. Binanın hazırda adını daşıdığı Şamama Ələsgərova xəstəxananın hospital kimi fəaliyyət göstərdiyi illərdə torakal cərrah kimi fəaliyyət göstərib. Xəstəxana doğum evi kimi fəaliyyətə başladığı dövrdən Şamama Ələsgərova xəstəxananın rəhbəri vəzifəsində çalışıb. Ş.Ələsgərova tibbi fəaliyyəti ilə yanaşı ictimai xadim kimi də yaddaşlarda qalıb. O, Azərbaycan SSR və SSRİ-nin Ali Sovetinin deputatı kimi, Sosialist Əməyi Qəhrəmanı adı, bir çox orden və medallarla təltif edilib.

Müstəqillik illərində “Nadejda Krupskaya adına 5 saylı Doğum Evi”nin adı dəyişdirilərək “Ş.Ələsgərova adına 5 saylı Doğum Evi” olub. Hazırda “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” publik hüquqi şəxs kimi fəaliyyət göstərən tibb ocağında 300-dən artıq tibb və qeyri-tibb işçisi çalışır. Təcili Tibbi Təxirəsalınmaz Yardım, Doğum (əməliyyatxana) Bölməsi, Hamiləliyin Patologiyası, Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya (Yenidoğulmuşların intensiv terapiya bölməsi), Ginekologiya, Laboratoriya, Radiologiya, Poliklinika, Qadın məsləhətxanası şöbələri və Fizioterapiya Kabineti fəaliyyət göstərməkdədir.

“Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” publik hüquqi şəxsin baş həkimi Hüseynzadə Vəfa Oruc qızıdır.

Ünvan: Bakı, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 29

Telefon:
(+99412) 491-50-52
(+99412) 491-04-35
(+99412) 491-01-34
(+99412) 491-00-06