KLİNİKİ TİBBİ MƏRKƏZİN RƏHBƏRLİYİ

Ələkbərov Könül Fidayıl oğlu 13 avqust 1967-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1973-1984-cü illərdə Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı orta məktəbdə təhsil alıb. 1985-ci ildə Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olmuş, 1986- 1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1993-1994-cü illərdə “Semaşko” adına 1 saylı Klinik Xəstəxananın Toksikologiya şöbəsində həkim-anestezioloq-reanimotoloq, 1995-1999-cu illərdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Reanimasiya şöbəsində həkim- anestezioloq-reanimotoloq, 1999-2002-ci illərdə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Anesteziologiya-reanimasiya kafedrasında klinik ordinator, 2002-2015-ci illərdə Gəncə şəhər TTYX-nin Reanimasiya şöbəsinin müdiri, 2015-2016-ci illərdə Gəncə Beynəlxalq Xəstəxanasında həkim- anestezioloq-reanimotoloq işləyib. 2017-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər xəstəxanası” publik hüquqi şəxsin direktoru işləyib. 2021-ci ilin aprel ayından “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin direktorudur. 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib. 2006-cı ildə ABŞ-ın Con Hopkins Universitetində “Təcili Yardım Təbabəti” üzrə master treninq kursu keçib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adı alıb. 2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir. 2 övladı, 4 nəvəsi var.
Məsimov Hüseyn Məcid oğlu 15 yanvar 1986-cı ildə Rusiya Federasiyasının Nijniy-Novqorod şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhəri N.Nərimanov adına 258 saylı orta məktəbdə təhsil alıb. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib. 2010-2011-ci illərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə internatura təhsili alıb. 2012-2015-ci illərdə Gülhanə Əsgəri Tibb Akademiyasının Travmatologiya və Ortopediya Kafedrasında ixtisasartırma kursu keçib. 2015-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Travmatologiya və Ortopediya kafedrasında doktorantura üzrə təhsil alıb.
2011-2012-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Travmatologiya-Ortopediya şöbəsində həkim-travmatoloq, 2018-2020-ci illərdə Nəsrəddin Tusi adına Klinikada baş həkim, travmatoloq-ortoped kimi fəaliyyət göstərib.
2020-ci ildən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə baş həkim vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Qafarov İlham Heydər oğlu 6 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub.

1975-1986-cı illərdə Bakı şəhəri, 175 saylı orta məktəbdə təhsil alıb. 1987-1993-cü illərdə M. Seçenov adına Moskva Tibb Akademiyasında təhsilini davam etdirib. 1993-1995-ci illərdə Rusiya Tibb Universitetinin Mamalıq-ginekologiya kafedrasında klinik ordinatura və 1995-1998-ci illərdə həmin kafedrada aspirantura təhsili alıb. 1998-ci ildə elmi iş müdafiə edib. Tibb elmləri namizədidir.

1993-1998-ci illərdə Moskva şəhərində 21 saylı Xəstəxananın ginekologiya şöbəsində və Ailə Reproduksiya Mərkəzində Doğum şöbəsində həkim-mama-ginekoloq, 1998-ci ildə 1 saylı Dəmiryol xəstəxanasında həkim-mama-ginekoloq, 1999-cu ildə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunda həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə Leyla Şıxlinskaya Klinikasında Endoskopiya şöbəsinin müdiri, 2004-2007-ci illərdə Medilux Tibb Mərkəzində həkim-mama-ginekoloq, 2007-2008-ci illərdə Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun şöbə müdiri, 2009-2016-cı illərdə İnternational Medical Centerdə həkim-mama-ginekoloq, 2016-2018-ci illərdə Caspian İnternational Hospitalda direktor işləyib.
2020-2021-ci illərdə Kliniki Tibbi Mərkəzin direktoru olub.
Hal-hazırda Kliniki Tibbi Mərkəzin Mamalıq-ginekologiya üzrə direktor müavinidir.
Evlidir, iki övladı var.
İbrahimova Məhəbbət Eyvazəli qızı 1955-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
1961-1972-ci illərdə Bakı şəhəri 226 nömrəli orta məktəbdə təhsil alıb.
1973-1980-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsilini davam etdirib.
1981-ci ildə Ə.F.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında internatura keçib.
1984-cü ildə 7 nömrəli Yoluxucu Uşaq Xəstəxanasına həkim-operator təyin edilib.
1996-2001-ci illərdə 12 saylı Birləşmiş Uşaq Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.
2001-2016-cı illərdə 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.
2015-ci ildən bu günə qədər Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsin direktor müavini vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı və 4 nəvəsi var.
Siyasi fəaliyyəti:
2001-ci ildə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri seçilib.
2009-cu ilin aprel ayında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədr müavini təyin edilib.
2018-ci ildə Respublikanın ictimai siyasi həyatında göstərdiyi fəaliyyətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Tərəqqi medalı ilə təltif edilib.
Xuduyev Azər Mənaf oğlu 1 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1966-1976-cı Şahbuz rayonu Cəlil Məmmədquluzadə adına orta məktəbdə təhsil alıb. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsilini davam etdirib. 1982-1983-cü illərdə Bakı Şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında 1 illik internatura və Almatı şəhərində Həkimlərin Təkmilləşdirmə İnstitutunda otorinolarinqologiya ixtisası üzrə təkmilləşdirmə kurslarında iştirak edib. 1985-1988-ci illərdə Seçenov adına Moskva Tibb İnstitunda aspirantura təhsili alıb. 2004-cü ildə Sankt-Peterburq şəhərində doktorluq dissertasiyasını müdafiə edərək, tibb elmləri doktoru adını alıb.

1983-1985-ci ilərdə Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında Qulaq, burun və boğaz xəstəlikləri şöbəsində həkim işləyib. 1988-1993-cü ildə Azərbaycan Tibb Universitetinin bazasında yerləşən burun, qulaq və boğaz xəstəlikləri kafedrasında assisent, 1994-cü ildə kafedranın dosenti, 2007- ci ildən isə kafedranın professoru kimi fəaliyyət göstərib.

1996-2021-ci illərdə Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi işləyib.

2021-ci ilin aprel ayından bu günədək “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə pediatrik məsələlər üzrə direktor müavinidir.
Hüseynov Vilayət Rəsul oğlu 10 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Poltexnik İnstitutunun/Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq məhsullarının əmtəəşünaslığı” ixtisası üzrə bitirib. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat maliyyə və kredit” ixtisası üzrə təhsil alıb. 1991-1992-ci illərdə 1 nömrəli Bakı taksimotor parkında 1-ci dərəcəli çilingər, 1992-1993-cü illərdə Xəzər-Lada Səhmdar Cəmiyyətində “İstehsalın təşkili üzrə mühəndis”, 1993-1994-cü illərdə Abşeron Kommersiya Bankında “Böyük mühasib”, 1994-1999-cu illərdə Azərbaycan Sənaye İnvestisiya Bankı Bankdaxili nəzarət və audit idarəsində “1-ci dərəcəli iqtisadçı”, 1999-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Baş Dövlət Xəzinədarlığı Dövlət büdcəsinin uçot və hesabatı şöbəsində “Baş məsləhətçi”, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Mühasibat və Təsərrüfat sektorunda sektor müdiri, 2007-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Aparat rəhbəri, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Maliyyə və Təsərrüfat şöbəsinin müdiri, 2019-cu ildə isə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə və satınalmalar idarəsinin rəisi və daha sonra Korporativ xidmətlər departamentinin direktoru vəzifələrində işləyib. Hazırda “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.