TORAKAL CƏRRAHİYYƏ ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

KTM-in Torakal Cərrahiyyə şöbəsi döş qəfəsi və onun orqanlarının anadangəlmə və qazanılmış xəstəliklərinin müalicəsi ilə məşğuldur.

Şöbədə ağciyərdə düyünlər (nodül, ləkə), konjenital ağciyər xəstəlikləri (sekvestrlər, bronxogen kistlər və s.), konjenital lobar emfizema, kistik adenomatoid malformasiyalar, ağciyər damarlarının arteriovenoz fistulaları, ağciyərin xoş və bədxassəli törəmələri, eləcə də ikincili bədxassəli törəmələri müalicə olunur. Burada spontan pnevmotoraks, empiema, travmatik hemotoraks və pnevmotoraks, qabırğalar və döş sümüyünün sınıqları, bullöz ağciyər xəstəliyi, həmçinin emfizematoz ağciyər xəstəlikləri zamanı həcim azaldıcı cərrahiyyə icra edilir. Plevra xərçəngi (mezotelioma), ağciyərin cərrahi infeksion xəstəlikləri (bronxoektaziya, tuberkuloma, aspergilloma), ağciyər absesi və qanqrenası, exinokokk kistası da şöbənin fəaliyyətinə daxildir.

Torakal cərrahiyyə şöbəsində interstisial ağciyər xəstəliklərinin diaqnostikası, sarkoidoz, tuberkulyoz, limfoma və digər ağciyər və mediastinal xəstəliklərin diaqnostik cərrahiyyəsi aparılır. Mediastinal törəmələr (timoma, neyrogenik şişlər, teratomalar, dermoid kistlər, müxtəlif bronxial, perikardial, timik və duplikasiya kistləri), retrosternal qalxanabənzər vəz və ektopik paratiroid törəmələri, mediastinit və mediastinal abseslər müalicə olunur. Şöbədə timus xəstəlikləri və miyastenia gravis cərrahiyyəsi həyata keçirilir, həmçinin döş qəfəsi deformasiyaları, divar yırtıqları və toraks divarı şişləri aradan qaldırılır. Diafraqma yırtıqları, elevasiyası, relaksasiyası, törəmələri, həmçinin əl tərləməsi (hiperhidroz) cərrahiyyəsi, xilotoraks (travmatik və spontan), fibrotoraks, piotoraks və thoracic outlet sindromu üzrə də əməliyyatlar icra olunur.

Şöbədə geniş spektrli əməliyyatlar aparılır. Bunlara lobektomiya, bilobektomiya, sleeve lobektomiya, pnevmonektomiya, karinal sleeve pnevmonektomiya, seqmentektomiya, atipik rezeksiyalar (wedge, metastazektomiya), exinokokk kistalarının çıxarılması, ağciyər, traxeya və bronx cırılmalarının bərpası, ağciyər biopsiyası, sternum və qabırğa sınıqlarının fiksasiyası daxildir. Bundan başqa, emfizematoz kisəciklərin plikasiyası, həcim azaldıcı əməliyyatlar, bronxial fistulanın qapadılması, retorakotomiya, diaqnostik torakotomiya və torakoskopiya, torakoplastika, torakostoma açılması və ləğvi, bronxotomiya və bronxoskopiya (rijid və fleksibl) icra edilir.

Plevral punksiya, kateterizasiya, plevra biopsiyası, plevrektomiya, dekortikasiya, plevrodez, empiemanın evakuasiyası, mediastinal törəmə və kistaların eksiziyası, mediastinotomiya (o cümlədən Chamberlain proseduru), döş qəfəsi divarının rezeksiyası və rekonstruksiyası, deformasiyaların bərpası (Abrhamson, Ravitch, Nuss prosedurları), videotorakoskopik simpatektomiya, diafraqma əməliyyatları (plikasiya, rezeksiya, rekonstruksiya, fistulanın qapadılması), xilotoraks əməliyyatı (torakal duktun bağlanması), braxial pleksusun sərbəstləşdirilməsi (1-ci qabırğanın çıxarılması, skalenotomiya) da şöbənin fəaliyyət sahəsinə daxildir.

Eyni zamanda qida borusu üzrə əməliyyatlar – divertikulun cərrahiyyəsi, törəmələrin (leyomioma) enukleasiyası, bədxassəli şişlərin çıxarılması və interpozisiya, ezofaqus yaralanmalarının bərpası da burada həyata keçirilir.