Mərkəzin Yenidoğulmuşların intensiv terapiya bölməsi Doğum
reanimasiyası şöbəsinin nəzdində
fəaliyyət göstərir. Hazırda bölmədə 7 həkim,
13 tibb bacısı, 5 kiçik tibb
işçisi olmaqla ümumilikdə 25 tibb personalı xidmət
edir.
Bölmənin fəaliyyət
istiqaməti səhhətində problemlər yaranmış
yenidoğulmuşların intensiv müalicəsini həyata
keçirməkdir. Burada erkən
doğum, çoxdöllü hamiləlik, şəkər xəstəliyi olan
anaların uşağı, iri uşaq,
mekonial aspirasiya, çətin doğum keçirən, beyin və digər orqan
problemləri kimi
yüksək riskli yenidoğulmuşlara xidmət göstərilir.
Müasir tibbi
avadanlıqla təmin olunmuş bölmədə yüksək ixtisaslı həkim
kollektivi sayəsində hər il
yüzlərlə yenidoğulmuş ağır vəziyyətlərdən
çıxarılaraq, sağlam şəkildə ailələrinə
qovuşdurulur.