YOLUXUCU XƏSTƏLİKLƏR ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Yoluxucu xəstəliklər şöbəsi Kliniki Tibbi Mərkəzin VII korpusunda fəaliyyət göstərir.

Hazırda şöbədə 15 həkim, 22 tibb bacısı və 22 kiçik tibb işçisi olmaqla, ümumilikdə 59 tibb

personalı xidmət göstərir. Şöbə stasionar tibbi xidmət üçün 94 çarpayı ilə təchiz edilib.

Bu şöbədə bütün növ infeksion xəstəliklər üzrə ambulator qaydada tibbi xidmət

göstərir.

Həkimlərimiz tərəfindən aşağıdakı xəstəliklərin müayinə diaqnostikası və müalicəsi

həyata keçirilir;

- İnfeksion hepatitlər (A, B və C virus hepatiti),

- Dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, erizipel, qarayara,

qazlı qanqrena, diabetik yaralar),

- Sümük və oynaq infeksiyaları (osteomielit, septik artritlər, protez

infeksiyaları),

- Mərkəzi sinir sisteminin infeksiyaları (meningit, ensefalit, kəllədaxili

abseslər),

- Üst və alt tənəffüs sisteminin infeksiyaları (tonzillit, faringit, sinuzit,

kəskin respirator xəstəliklər, pnevmoniyalar),

- Mədə-bağırsaq sisteminin infeksiyaları (gastroenteritlər, qida

infeksiyaları),

- Sidik-cinsiyyət sisteminin infeksiyaları (pielonefrit, uretrit, sistit, vaginit,

vaginal kandidioz),

- Zoonoz və parazitar infeksiyalar (brusellyoz, tularemiya, leismanioz,

exinokokkoz, amöbioz və d.),

- Qurd xəstəlikləri (askaridoz, enterobioz, lamblioz və s.),

- Tetanus, quduz xəstəliyi,

- Qan dövranı sistemi infeksiyaları (endokardıt, septisemiya),

- Səbəbi bilinməyən qızdırmalar,

- İnfeksion mononukleoz.

- Kəskin bağırsaq infeksiyaları (digər və dəqiqləşdirilməmiş infeksion mənşəli qida zəhərlənmə-

ləri, qastroenterokolittlər, bakteriyalar dizenteriyalar, eşerixiozlar, salmonellyozlar).

- İbtidailər tərəfindən törədilən infeksiyalar (bağırsaq amebiazı, lyamblyoz).

- Helmintozlar (askaridoz, enterobioz, himenolepidoz, trixosefalyoz və s.).

- Hava-damcı infeksiyaları (su çiçəyi, epidemik parotit, qızılca, məxmərək, skarlatina,

angina-lar,yuxarı tənəffüz yollarının bakterial və virus mənşəli infeksiyalar və s.).

- Dəqiqləşdirilməmiş qızdırmalar.

- Müxtəlif virus infeksiyaları ( herpes, sitomeqaloviruslar, Epşteyn-Bar virusu).

- Dəri və yumşaq toxumaların infeksiyaları (qara yara , qızıl yel).

- Bakterial və virus mənşəli meningitlər.

- Bakterial və virus mənşəli sepsislər.