Cərrahiyyə şöbəsi Mərkəzin III korpusunun III mərtəbəsində yerləşir.
Şöbədə 31 həkim, 26 tibb bacısı və 18 kiçik tibb işçisi olmaqla ümumilikdə 76
tibb personalı xidmət göstərir. Şöbə stasionar tibbi xidmət üçün 70 ədəd çarpayı
ilə təchiz edilib. Həkimlərimiz tərəfindən qarın boşluğunda aparılan bütün
cərrahi əməliyyatlar ən müasir yanaşmalara icra edilir.
Cərrahiyyə şöbəsində həyata keçirilən cərrahi əməliyyatlar:
- Qaraciyərin yeni törəmələri (kistalar, exinokokk, abseslər və s.) zamanı
edilən əməliyyatlar,
- Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatları
(əməliyyatdaxili USM, öd yollarının vizual (xolangioskopiya) və
rentgenoloji (xolangioqrafiya) müayinəsi)
- Mədəaltı vəzin tam və hissəvi çıxarılması,
- Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması,
- Mədənin, qida borusunun tam və hissəvi çıxarılması (tikiş aparatlarının
istifadəsi ilə),
- Diafraqma yırtıqlarının laparoskopik təmiri,
- Laparoskopik appendektomiya,
- Diaqnostik laparoskopiya və torakoskopiya,
- Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar
(tikiş aparatlarının istifadəsi ilə),
- Yırtıqların açıq və laparoskopik üsulla təmiri,
- Abdominoplastika,
- Peritonarxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan)
radikal çıxarılması,
- Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması,
- Hemorroidektomiya,
- Pararektal fistulların ləğvi,
- Anal çatın cərrahi müalicəsi.