Uşaq Bərpa Mərkəzi haqqında ümumi məlumat


Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir.

Mərkəz uşaqlar arasında LOR orqanları xəstəlikləri, tənəffüs yollarının, sinir sisteminin, mədə-bağırsaq orqanlarının xəstəlikləri, revmatik, allergik xəstəliklər, nitq qüsuru müşahidə olunan xəstəliklər, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir. Mərkəzdə psixoloji reabilitasiya da həyata keçirilir, ehtiyac yarandıqda psixoloq xidməti də tətbiq olunur.

Burada uşaqların reabilitasiyası üçün müasir avadanlıqlardan istifadə edilir.

Mərkəzə xəstəliyin kəskin vaxtı keçdikdən sonra və bərpa müalicəsinə ehtiyacı olan 18 yaşa kimi uşaqlar qəbul edilir. Uşaq Bərpa Mərkəzinə xəstə qəbulu əsasən poliklinikalardan göndəriş vasitəsilə, həmçinin müstəqil müraciətlə baş tutur.

Reabilitasiyaya ehtiyacı olan uşaqlarda müalicənin erkən başlanması ölkədə əlillik faizinin azalmasına şərait yaradır. Bu səbəbdən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün gecikmədən müraciət etmək vacibdir.



Kliniki Tibbi Mərkəzin tabeliyindəki Uşaq Bərpa Mərkəzi Bakı şəhəri, Mirəli Qaşqay küçəsi 84 ünvanında yerləşir.

Telefon:
(+99412) 440 16 31