Uşaq Nevroloji Xəstəxanası haqqında ümumi məlumat


Uşaq Nevroloji Xəstəxanası 1971-ci ildə yaradılıb.

Xəstəxana 2022-ci ildən TƏBİB-in tabeliyindəki “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərir.

Uşaq Nevroloji Xəstəxanası daxilində 10 şöbə vətəndaşlara xidmət göstərir. Bunlar Uşaq metabolizmi və irsi xəstəliklər, Nevrologiya, Yeni doğulmuşların patologiyası, Nevroloji reanimasiya və intensiv terapiya, Poliklinika, Təcili tibbi yardım, Fizioterapiya kabineti, Pedaqoji kabinet, Laboratoriya, Şüa diaqnostika şöbələridir.

Uşaq Nevroloji Xəstəxanasındakı şöbələrdə nevroloji xəstəliklərin müayinə və müalicəsində müasir avadanlıqlardan istifadə edilir.

Müəssisədə psixiatr və oftalmoloqlar da olmaqla 61 həkim, 75 tibb bacısı, loqoped və psixoloqlar çalışır.

Uşaq Nevroloji Xəstəxanasında 0-17 yaş arası mərkəzi və periferik sinir sisteminin anadangəlmə və qazanılma olmaqla müxtəlif mənşəli patologiyaları (ensefalopatiya, ensefalit, mielit, neyropatiya, parez və ifliclər, epilepsiya və b.) olan xəstə uşaqlar müayinə və müalicə olunur.

Xəstəxanaya həmçinin klinik olaraq nevroloji simptomatika ilə müşayiət olunan irsi və metabolik xəstəliyi olan uşaqlar qəbul edilir.

Tibb ocağında Bakı şəhəri ilə yanaşı, respublikanın bütün bölgələrindən olan xəstələrin müalicəsi mümkündür.

Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.

Ünvan: Yasamal rayonu, Tağı Şahbazi küçəsi 95.

Telefon:
(+99412) 510 10 00
(+99412) 539 15 18