CƏRRAHİ REANİMASİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Cərrahi reanimasiya şöbəsi Mərkəzin IV korpusunun IV mərtəbəsində

yerləşir. Burada 24 həkim, 31 orta tibb işçisi, 15 kiçik tibb işçisi olmaqla

ümumilikdə 70 tibb personalı fəaliyyət göstərir.


Ən müasir tibbi avadanlıqlarla təmin olunan Cərrahi reanimasiya şöbəsi

25 çarpayıdan ibarətdir. Hər çarpayı başında tənəffüs aparatları, monitor,

perfuzor və infuzomatlar yerləşdirilib.


Şöbədə yatan xəstələrə süni və köməkçi ventilyasiyanın verilməsi üçün

müasir tənəffüs aparatlarından istifadə olunur, çoxfunksiyalı monitor vasitəsilə

arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiq,

qaz mübadiləsi, bədən temperaturu, ürəyin fəaliyyətı, qanın oksigenlə zənginliyi

kimi həyati vacib funksiyalarının göstəriciləri daimi nəzarət altında saxlanılır.

Şöbənin göstərdiyi tibbi xidmətlər:


- Müştərək travma (kəllə-beyin travmaları, döş qəfəsi, qarın və ətrafların

travmaları),

- Mədə-bağırsaq qanaxmaları,

- Pankreatit əməliyyat sonrası yaranmış ağırlaşmalar,

- Süni tənəffüs aparatına ehtiyacı olan və xüsusi baxım tələb edən xəstələr

və s.


Qeyd edək ki, şöbənin əməliyyat blokları da müasir tibbi cihazlarla təchiz

olunub. Burada icra olunan bütün əməliyyatlar tibbi standartlara cavab verən

anestezioloji xidmət ilə təmin olunub.