DOĞUM-GİNEKOLOGİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda fəaliyyət göstərir.
Şöbə 60 çarpayıdan ibarətdir.

Hazırda şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7
tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla ümumilikdə 88 tibb personalı fəaliyyət
göstərir.

Mərkəzin Doğum-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlər:

- Ambulator xidmət (ilkin, laborator və funksional müayinələr)
- Doğuş və ağrısızlaşdırılmış doğuş,
- Keysəriyyə kəsiyi əməliyyatı,
- Uşaqlıq boşluğunun küretajı (abort, aspirasion, diaqnostik küretaj),
- Polipektomiya,
- Uşaqlıqdaxili vasitənin daxil və xaric edilməsi,
- Uşaqlıq yolunun zədələnməsinin tikilməsi,
- Yumurtalıqların kistinin ləğvi,
- Ovorektomiya,
- Tubektomiya,
- Tubektomiya və boruların sterilizasiyası,
- Ön kolporafiya, arxa kolpoperineorafiya,
- Konservativ miomektomiya,
- Total, subtotal histeroktomiya.