Turşulardan zəhərlənmə halları
“Hələ də turşulardan zəhərlənmə hallarının tez-tez müşahidə olunduğu bir dövrdür. Ən çox ev şəraitində hazırlanan turşularda zəhərlənmə hadisələri baş verir. Bunun əsas səbəbi turşunun hazırlanması zamanı məhsulların düzgün yuyulmaması, lazımi miqdarda qaynadılmaması və ümumilikdə gigiyenik qaydalara riayət edilməməsidir. Turşunun qaynadılması düzgün olmadıqda infeksiya yaranır, bu infeksiya oksigensiz şəraitdə inkişaf edir. Bankanın qapağının şişməsi və ya turşunun tamının dəyişməsi məhsulun xarab olduğuna işarə edir. Bununda nəticəsində zəhərlənmə halları baş verir. Zəhərlənməni bildirən əsas amillər bunlardır: Mədədə köp, hərarətin artması, ürəkbulanma və ishal. Turşulardan zəhərlənmənin ən ağır dərəcəsi “Botulizm”dir. Bu xəstəlik ölümlə də nəticələnə bilir. Bu halların hər hansı biri yaşanarsa mütləq şəkildə həkimə müraciət edin! Bu mövsümdə mümkün qədər diqqətli olmağınız məsləhətdir.”