Böyrəklərimizin sağlamlığını necə qoruyaq?
Böyrəklərimizin əsas funksiyası bədəndə əmələ gələn mübadilənin son məhsullarını və artıq suyu uzaqlaşdırmaqdır. Bu proses bədənimizin daxili mühitini və kimyəvi tərkibinin stabil saxlanılması üçün çox vacibdir. Böyrəklərin qorunması üçün bir sıra “Qızıl qaydalar” vardır. Bu “qızıl qaydalara” hər kəsin riayət etməsi məsləhət görülür. Müntəzəm olaraq idmanla məşğul olmaq. Çəkini nəzarətdə saxlamaq. Düzgün qidalanmaq. Siqaret və alkoqoldan uzaq olmaq. Arterial təzyiqə nəzarət etmək. Duz qəbulunu azaltmaq. Ağrıkəsicidən istifadə etməmək. Gündəlik ən az 1.5, 2 L maye qəbul etmək. QEYD: Ümumilikdə ildə ən az bir dəfə nefroloq tərəfindən müayinədən keçmək məsləhət görülür.