Xroniki böyrək çatışmazlığı
Son vaxtlar müayinələr zamanı əhalinin müxtəlif yaş qrupları arasında xroniki böyrək çatmazlığı halları çox müşahidə olunur. Xroniki böyrək çatışmazlığı böyrəklərin bir neçə ay və ya il ərzində getdikcə öz funksiyasının itirməsinə gətirib çıxarır. Beş mərhələdən ibarət olan bu xəstəliyin hər mərhələsində böyrəyin yumaqcığında süzülmənin və qanda kreatinin pozulması halları yaşanır. Ona görə də il ərzində 2-3 dəfə müayinədən keçmək lazımdır. Xüsusilə, risk qrupuna aid olan xəstələr ildə 4 dəfə müayinə olunmalıdır. Bu qrupa aiddir: 1. Şəkərli diabet, 2. Xroniki böyrək xəstəlikləri, 3. Hipertoniya xəstəliyi, 4. Podaqra xəstəliyi, 5. Sidik-ifrazat sisteminin anadan gəlmə və qazanılmış anomaliyaları olan xəstələr. Kiçik yaşlı uşaqlar daha həssas qrupdur. Valideynlər onları vaxtlı-vaxtında profilaktik müayinədən keçirməlidirlər. Gün ərzində hər bir şəxs 3-5 litr maye qəbul etməli və xaric olan sidiyin miqdarına nəzarət etməlidir. Xaric olan sidiyin miqdarı qəbul olan mayenin miqdarından 300 ml az olmalıdır.