Ürək xəstəlikləri və yaranma səbəbləri.
DİQQƏT! Bu xəstəliyin gec aşkar edilməsi infarkta səbəb olur. Dünyada yayılan xəstəliklərin statistikasına baxdıqda ürək-damar xəstəliklərindən əziyyət çəkən və dünyasını dəyişənlərin sayının kifayət qədər yüksək olduğunu görərik. Ürək xəstəlikləri xüsusi ilə kişilərdə rast gəlinir və ölüm halları da daha çox məhz onlarda müşahidə edilir. Oturaq həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma ürək xəstəliklərinin əsas yaranma səbəbləridir. Ürək xəstəlikləri insanlarda irsi yolla və ya yaş faktorundan aslı olaraq da yarana bilər. Bu gün dünyada ən geniş yayılmış və təhlükəli xəstəliklərdən biri “ürəyin işemik xəstəliyi”dir. Bu xəstəliyin gec aşkar edilməsi infarktla nəticələnə bilər.  Ürək damar xəstəliyi aşkar edildikdə ilk növbədə fiziki aktivliyi artırmaq, hərəkət etmək ən əsası isə stresdən uzaq olmaq lazımdır. Ürək damar xəstəliyindən əziyyət çəkən insanların həyat tərzini dəyişməsi, ziyanlı vərdişlərdən uzaq durması, tez-tez həkim konsultasiyalarında olması məsləhət görülür. Bu gündən etibarən Kliniki Tibbi Mərkəzin sosial şəbəkə səhifələrində “Həkim məsləhəti” də olacaq. Sizin, yaxınlarınızın və ətrafımızdakı hər bir insanın həyatı üçün sağlam məsləhətlərə şübhəsiz ki, hər zaman ehtiyac var. Çalışın, sağlam olun!