KARDİOLOGİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsi I korpusun IV mərtəbəsində

yerləşir.


70 çarpayıdan ibarət şöbədə 53 tibb personalı fəaliyyət göstərir ki,

onlardan da 17-si həkim, 23-ü tibb bacısı, 13-ü kiçik tibb işçisidir.

Kardiologiya şöbəsinə pasientlər əsasən Mərkəzin Poliklinika, Təcili tibbi

yardım, Reanimasiya və digər şöbələrdən köçürülmə ilə daxil olur.

Kardiologiya şöbəsində icbari tibbi sığorta xətti ilə vətəndaşlar invaziv

kardioloqa, kardiocərraha, aritmoloqun konsultasiyalarına, eləcə də müxtəlif

əməliyyatlara göndərilir.


Kardiologiya şöbəsinə daxil olan xəstələrdə ən çox rast gəlinən diaqnozlar

ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, ürək çatışmazlığı, aritmiyalar və

ürək qüsurlarıdır.