“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Afət Məmmədova
“Mədəaltıvəzi və şəkər xəstəliyindən uzun illər əziyyət çəkmişəm. Əvvəllər bir çox xəstəxanalarda müalicə aldım. Bu xəstəxanada isə fərqlilik hiss etdim. İcbari tibbi sığorta ilə gəldiyim üçün heç bir xərcim çıxmayıb. Hər kəsin işinə məsuliyyətlə yanaşmasının şahidi oldum. Heç inanmazdım hər şeyin belə yaxşı olacağına... Mənim üçün yaxşı şərait yaradılmışdı. Mənimlə “palata”da yatan hər kəs razı qalmışdı. Yəni, tək mənim üçün yox, bütün xəstələr üçün yaradılan şərait çox yaxşı idi. Bütün həkimlərinizə, tibb bacılarına, orda təmizliyə baxan o bacıya kimi, hamıya təşəkkür edirəm”