Birinci Qarabağ müharibəsi iştirakçısı Orxan Cabbarov “Kliniki Tibbi Mərkəzin pəncərəsində”
“Lənkəran rayon sakiniyəm. 1994-cü ildə birinci Qarabağ müharibəsi dövründə çiyin nahiyəsindən güllə yarası almışam. Ondan sonra uzun illərdi mənim sol qolumda həm ağrılar olur, həm də əsəbi olurdum. Ətrafımda olan hər şey məni əsəbiləşdirirdi, gecələr yata bilmirdim. Kliniki Tibbi Mərkəzə yaxınlaşdım. Burda mənə icbari tibbi sığorta vasitəsi ilə müalicə ala biləcəyimi dedilər. Həkim müayinələrindən sonra xəstəxanaya yerləşdirildim. Artıq bir neçə gündü müalicə alıram. Müalicənin təsirini yavaş-yavaş hiss edirəm. Əvvəlki günlərə baxanda daha sakitəm, gecələr rahat yatıram. Həkimlərdən, xüsusilə tibb bacılarından çox razıyam. Gəlib yoxlayırlar, xəstələrlə mehriban rəftar edirlər. Mən iynədən qorxuram amma iynələri də elə vururlar ki, heç hiss etmirəm (Gülür). İnşallah, iki gün sonra evə buraxılacam. Artıq özümü yaxşı hiss edirəm.”