Həyatda bir insanın həyatını xilas etmək qədər gözəl nə ola bilər ki?
Bu “Novruz” Məmmədovlar ailəsi üçün iki bayram olacaq. Çünki, özünün dili ilə desək o ölümdən dönüb. Təxminən 10 gün əvvəl həyatdan əlini üzməsinə baxmayaraq, o bu gün həyatdadı və sağ-salamat evinə qayıdır. Bəli, bütün bunlar icbari tibbi sığortanın sayəsində baş verir. “Kliniki Tibbi Mərkəzin pəncərəsində” Şahlar Məmmədov: “60 yaşım var. Klinik Tibbi Mərkəzə Şamaxı rayonundan gətirilmişəm. Bu xəstəxanaya gələndə “ölü” vəziyyətində idim. Qanımda tromblaşma yarandığı üçün ürəyimdə ağrılar yaranmışdı. Elə bil məni burada yenidən həyata qaytardılar. Əvvəllər də bu xəstəlikdən müalicə almışam. Hazırda özümü yaxşı, gümrah hiss edirəm. Tibbi personaldan çox razıyam. Otaqlar çox səliqəlidir, yeməklərimiz vaxtında verilir. İcbari tibbi sığorta ilə müalicə aldığım üçün məndən ödəniş də alınmadı. 10 gün müddətində xəstəxanada qalmaq, iynə, dərman, yeməklər hər biri pulsuz verildi. Bu şəraiti yaradan hər kəsə təşəkkür edirəm”.