“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Sevda Əliyeva
“Hipertoniya xəstəliyindən əziyyət çəkirəm. Kliniki Tibbi Mərkəzdə müayinədən keçdim və xidmətlərdən çox razı qaldım. Daha sonra xəstəxana şəraitində müalicəyə ehtiyacım yarandı və çox sağ olsunlar ki, bunun üçün imkan yaratdılar. Tibb bacılarına demişdim ki, xəstəxanada qalmağı xoşlamıram. Ancaq burada olduğum müddətdə heç sıxılmadım. Elə bildim öz evimdi. Çünki yaxşı baxırlar, yaxşı xidmət var. Lazım olan iynə, dərmanların hər birinə tibb bacıları vaxtı-vaxtında nəzarət edirlər. Heç bir xərcim çıxmadı. Dedilər, bütün xərclərim icbari tibbi sığorta ilə qarşılanır. Artıq özümü yaxşı hiss edirəm. Qısa zamanda evə buraxılacam”.