“Mən, Sevər Nemətova sinir sisteminin ağır xəstəliyindən sayılan mielit xəstəliyindən əziyyət çəkirəm. Ağır dərəcədə olduğu üçün 6 ay müddətində fasilələrlə müalicəm davam etdirilib. Xəstəxanaya gələrkən vəziyyətim çox pis idi, gəzə bilmirdim. Burdakı həkimlərin sayəsində ayağa qalxmışam. Bizə burda olan qulluqlar çox yaxşıdır. İcbari tibbi sığorta ilə müalicə alıram, özüm də birinci qrup əliləm. İcbari tibbi sığortanın xidmətlərindən yararlanaraq bir çox müayinələrdən keçmişəm. Müayinələrə görə məndən heç bir ödəniş alınmayıb. Sağ olsunlar ki, bizə belə xidmət göstərirlər. Həkimlər, tibb bacıları tez-tez maraqlanırlar. Hər birinə təşəkkür edirəm.”