Kliniki Tibbi Mərkəzin pəncərəsində Təranə Əliyeva
“Mən, ixtisasca müəlliməyəm. Əsəb gərginliyindən, depressiyadan əziyyət çəkirəm. Bu xəstəxanaya öz qohumlarımın məsləhəti ilə gəlmişəm. Onlar da bu xəstəxananın, burada çalışan həkimlərin xidmətlərindən yararlanıb. Hətta epilepsiya xəstəsi olan tanışımı burda müalicə etdilər. Həmin şəxs özünü çox yaxşı hiss edirdi. Gəldiyim gündən mən də burdakı xidmətdən çox razı qalmışam. Səmimi deyirəm, tibb personalı çox yaxşıdı. Hər bir qulluq vaxtlı-vaxtında edilir. İcbari tibbi sığorta ilə müalicə aldığım üçün bütün xidmətlərdən pulsuz yararlanıram. Özümü yaxşı hiss edirəm. İnanıram ki, qısa müddətdə tam sağalaraq evə dönəcəm. Belə bir şəraiti yaradan hər kəsə öz təşəkkürümü bildirirəm”.