“Böyrəklərimdə olan şiddətli ağrılar tez-tez təkrar olunmağa başladı. Mən də böyrək daşı əməliyyatı etdirmək üçün Kliniki Tibbi Mərkəzə müraciət etdim. Açığı bura gəlmədən öncə bir sıra özəl klinikalarda bu əməliyyatın qiymətləri ilə maraqlanmışdım. Əməliyyat üçün müraciət etdiyim klinikalar 2500-2800 manat civarı qiymət dedi.
İşlədiyim təhsil müəssisəsində icbari tibbi sığorta vasitəsilə ödənişsiz əməliyyat oluna biləcəyimi dedilər. Bu Mərkəzə müraciət etdikdən sonra həqiqətən də icbari tibbi sığorta vasitəsilə ödənişsiz formada əməliyyat oldum. Həkim-uroloqlardan, tibbi personaldan çox razıyam. Hər kəsə təşəkkür edirəm”.