“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Zülfüqar Hüseynov
“Mən, Zülfüqar Hüseynov nevroloji xəstəyəm. Bir neçə dəfə mikroinsult keçirmişəm. Bura gəlmədən öncə başqa xəstəxanalarda da müalicə almışam. Sonradan məni Kliniki Tibbi Mərkəzə yönləndirdilər. Burada edilən müalicələr mənə çox yaxşı təsir edir. Həqiqətən də bizə göstərilən xidmət çox yüksək səviyyədədir. Bu şəraiti yaradan hər kəsə öz təşəkkürümü bildirirəm. Otaqların səliqəsinə, tibb bacılarının nəzarətinə söz ola bilməz. İcbari tibbi sığorta ilə müalicə aldığım üçün heç bir ödəniş tələb edilməyib. İndi yaxşıyam, təzyiqimin, əsəblərimin qaydasında olduğunu hiss edirəm”.