Kliniki Tibbi Mərkəzin Pəncərəsində Bağı Bağıyev
“Mən, Bağıyev Bağı 1958-ci ildə anadan olmuşam. Ürək xəstəliyindən əziyyət çəkirəm, infarkt keçirmişəm. Həkimlər mənə yaxşı baxdıqları üçün sağ olsunlar. Onlardan heç bir şikayətim yoxdur. İcbari tibbi sığortayla gəldiyim üçün iynə dərmanlarım pulsuzdu, bütün aparatlardan istifadə təmənnasızdır. Özəl xəstəxanalarda hər bir aparata, iynə-dərmana mütləq pul ödəməlisən. Amma burda elə deyil. Xəstəxanadan heç bir şikayətim yoxdur, bu şəraiti yaradan hər bir şəxsə təşəkkür edirəm”.