“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Əflatun Rəhimov
“Mən qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirəm. Özəl xəstəxanalarda bu müalicəni almaq üçün çox pula ehtiyac var idi. Təxminən 5 min manat, bəlkə də daha çox pul lazım idi. Amma mənim buna heç imkanım yox idi. Kliniki Tibbi Mərkəzə müraciət etdim, burada icbari tibbi sığorta vasitəsilə müalicə aldım. Əvvəlki illərlə müqayisədə bu xəstəxanada xeyli yeniliklər gördüm. İlk gəldiyim gündən bütün işçilər, həkimlər çox yaxşı baxdılar mənə. Hamısına buradan “çox sağ olun” deyirəm. İcbari tibbi siğortanı təşkil edənlər də çox sağ olsun ki, nəhayət bizdə də belə bir sistem quruldu.”