Kliniki Tibbi Mərkəzin pəncərəsində - Eldar Orucov
Mən, Orucov Eldar Qadir oğlu 1971-ci ildə doğulmuşam. 5 ildi qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəxanaya gəldiyim gündən bəri xoş, mədəni rəftar görmüşəm. Hər kəs öz işini çox gözəl bilir. Həkimlər savadlı, peşəkar mütəxəssislərdir. Kliniki Tibbi Mərkəzə gələndə vəziyyətim ağır idi. Bədənimə su yığılmışdı. 14 gün müddətində xəstəxana şəraitində müalicə almalı idim. Artıq 10 gündü burdayam. İndi vəziyyətim yaxşılaşır. Gəzirəm, rahat hərəkət edirəm. Dərmanlarım vaxtı vaxtında verilir. Lazım olan hər bir xidmətdən ödənişsiz istifadə edirəm.