“Kliniki Tibbi Mərkəzin pəncərəsində” - Mirhəsənov Faiq
“Mən, Ağdaş rayonundan gəlmişəm. Bədənimin müxtəlif nahiyələrində şişkinliklər yarandığı üçün Kliniki Tibbi Mərkəzə müraciət etdim. Xəstəliyim çox nadir rast gəlinən xəstəliklərdəndir. Şişkinliklərin nədən yarandığını tapmaq olmur. Hansı xəstəxanada yoxlanışa gedirdim deyirdilər ki, allergiyadan yaranır. Sən demə heç alergiyanan əlaqəsi yox imiş. Bu xəstəxanada amiloidoz diaqnozu qoyulub və xəstəliyə uyğun müalicə aparılır. Xəstəliyimin aşkarlanması üçün aparılan müayinələrə, müalicəyə görə heç bir ödəniş etməmişəm. Bütün xərclərim icbari tibbi sığorta tərəfindən qarşılanıb. 36 yaşım var, ilk dəfədi belə şey görürəm. Həkimlərdən, tibb işçilərindən çox razı qaldım. Allah hamısından razı olsun!”