“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Məhərrəm Əliyev
“I və II Qarabağ müharibəsi iştirakçısıyam. Kliniki Tibbi Mərkəzdə həm şəkərli diabet xəstəliyindən, həm də müharibədən sonra yaranan sinir sistemi və əsəbdən müalicə alıram. Hər iki Qarabağ müharibəsində də yaralanmışam. Bura gəlmədən öncə başqa xəstəxanalarda da müalicə alırdım. Ancaq Kliniki Tibbi Mərkəzə gəlməyi mənə məsləhət gördülər. Artıq 10 gündür müalicədəyəm. Bütün xərclərimi icbari tibbi sığorta qarşılayır. İnana bilmirəm ki, pulsuz müalicə alıram. Səmimi deyirəm, burada çox gözəl xidmət var. İstifadə edilən dərmanlara, yeməyiməyimiz kimi vaxtlı-vaxtında nəzarət edilir. Deyə bilərəm ki, səhhətimdə yaxşı mənada çox dəyişiklik olub. Göstərilən bu diqqət və qayğıya görə əməyi keçən hər kəsə təşəkkür edirəm”.