“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Nadir İsmayılov
“Mən, İsmayılov Nadir Saatlı rayonunda yaşayıram. Xəstəliyimlə bağlı rayon xəstəxanasına müraciət etdim. Rayon xəstəxanasından prostat vəzinin adenoması əməliyyatı olunmağım üçün məni Kliniki Tibbi Mərkəzə yönləndirdilər. Məndən analizlər götürdülər. Analizlərin nəticəsi məlum olduqdan sonra əməliyyat olundum. Artıq 3 gündü əməliyyat olmuşam. Çox güman ki, sabah evə buraxılacam. Tibbi personaldan çox razıyam. Gecə saat 3-də də olsa, səhər tezdən də olsa gəlib yoxlayırlar. Vəziyyətimin necə olduğunu öyrənirlər, qızdırmanı ölçürlər, təzyiqimə nəzarət edirlər. İcbari tibbi sığorta ilə gəldiyim üçün bütün xidmətlər ödənişsiz formada həyata keçirildi. Çox razı qaldım”.