“Kliniki Tibbi Mərkəzin pəncərəsində” Oqtay Məmmədov
“Mən, Məmmədov Oqtay Tacəddin oğlu 1952-ci ildə Şəkidə doğulmuşam. Ağır formada infarkt keçirmişəm. Artıq 9 gündür bu xəstəxanada müalicə alıram. İcbari tibbi sığorta ilə müalicə aldığım üçün yemək-içməyimdən tutmuş iynə-dərmanıma qədər hər şey təmənnasız verilir. Ali təhsilliyəm və özüm əvvəllər bir çox yerlərdə işləmişəm, idarə müdiri olmuşam. Çalışdığım dövr ərzində mən belə bir kollektiv görməmişəm. Heç idarə müdiri vəzifəsində işlədiyim müddətdə də mənim belə kollektivim olmayıb. Sanitar işçilərdən şöbə müdirlərinədək hər biri işlərini bilən insanlardır. Mən öz həkimlərimdən və bu xəstəxanadan çox razıyam”.