Kliniki Tibbi Mərkəzin Laboratoriya şöbəsində İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan bütün müayinələr aparılır.
Laboratoriya müasir tamavtomat, yarımavtomat cihazlarla təmin olunaraq, LİS
(Laborator idarəetmə sistemi) proqramına inteqrasiya olunub.
Cihazların siyahısı aşağıdakı kimidir:
1. Qanın ümumi analizini aparmaq üçün tam avtomat cihazlar:
- Sysmex XN-1000 tam avtomat (32 parametrli)
- Sysmex XN- 330 tam avtomat (28 parametrli)
2. Koaqulyasiya müayinələrini aparmaq üçün:
- Sysmex CA-600 series tam avtomat (27 Parametrli )
- Sysmex CA-104 yarım avtomat (27 Parametrli )
3. Biokimyəvi müayinələri aparmaq üçün:
- Roche Cobas c 311 tam avtomat cihazı
4. İmmunoloji müayinələri aparmaq üçün:
Roche Cobas e-411 tam avtomat cihazı (Bütün hormonlar və infeksiyaların
aparılması mümkündür)
5. Molekulyar diaqnostik müayinələri aparmaq üçün:
Hepatit B, C virusunun PZR müayinəsinin aparılması üçün referans cihazlar:
- Roche Cobas TagMan
- Roche Cobas AmpliPrep 4800
COVID-19 infeksiyasının təyini üçün molekulyar bölmə 2 ədəd tam avtomat və
2 ədəd yarımavtomat cihaz dəsti və köməkçi avadanlıqlarla təchiz olunub
(GİAGEN QİAsymphony, GİAGEN Rotor-Gene və s.).
6. Sidiyin ümumi müayinəsi üçün:
- Tam avtomat - Sysmex UF-4000 və UF-3500, yarımavtomat -Sysmex UC-
1000 cihazı.
Eyni zamanda laboratoriyada mikroskopik müayinələrin (Sidiyin, nəcisin
ümumi analizi, periferik yaxmanın, BOM-un müayinəsi, urogenital yaxmaların
mikroskopiyası və s.) və mikrobioloji müayinələrin aparılması üçün lazımi şərait
yaradılıb və qan kultivasiyası üçün BD Bactec-9050 cihazı ilə təmin olunub.
Hazırda şöbədə 62 tibb personalı fəaliyyət göstərir ki, onlardan 24-ü
həkim, 33-ü orta tibb işçisi, 5-i kiçik tibb işçisidir.
Laboratoriya 3 növbəli olmaqla 7/24 saat ərzində bioloji materialları qəbul
edir və müayinələri operativ şəkildə, yüksək keyfiyyət və dəqiqliklə həyata
keçirir.