Kliniki Tibbi Mərkəzin ən böyük şöbələrindən biri Nefrologiya və Hemodializ
şöbəsidir.
Şöbədə 15-i həkim, 32-si tibb bacısı və 33 kiçik tibb işçisi olmaqla
ümumilikdə 80 tibb
personalı fəaliyyət göstərir.
Hazırda təxminən 350 nəfərdən
çox xəstə hər gün bu şöbədə üçnövbəli rejimdə hemodializ seansları
ilə təmin olunurlar. Burada xidmət alan bütün pasientlər dövlət proqramına daxil olunmuş
şəxslərdir.