Nevrologiya şöbəsi Mərkəzin I korpusunun II mərtəbəsində yerləşir və 60
çarpayıdan ibarətdir. 15 həkim, 21 tibb bacısı, 19 kiçik tibb işçisi olan şöbədə
ümumilikdə 55 tibb heyəti fəaliyyət göstərir.
Nevrologiya şöbəsinə daxil olan xəstələrdə ən çox rast gəlinən
diaqnozlara beyin qan dövranının kəskin pozğunluğu, hipertonik ensofalopatiya,
vertebrobazilyar sindrom, parkinson xəstəliyi, osteoxondroz kökcük ağrıları,
epilepsiya, baş beyin və onurğa beyninin iltihabi xəstəlikləri, kəllə-beyin
travmalarının nəticələri, dağınıq skleroz, periferik sinirlərin xəstəlikləri, irsi
xəstəlikləri qeyd etmək olar.
Nevrologiya şöbəsinə xəstələr əsasən Acil, Poliklinika, Reanimasiya və digər
şöbələrdən köçürülmə ilə daxil olur.