Neyrocərrahiyyə şöbəsi Mərkəzin IV korpusunun III mərtəbəsində
fəaliyyət göstərir. Şöbədə 5 həkim, 13 tibb bacısı və 16 kiçik tibb işçisi olmaqla
34 tibb personalı çalışır. 30 çarpayıdan ibarət olan şöbəyə pasientlər əsasən
Təcili tibbi yardım, Poliklinika, Reanimasiya və digər şöbələrdən daxil olur.
Şöbəyə yerləşdirilən pasientlərdə ən çox rast gəlinən diaqnozlar:
- Fəqərələrarası disk yırtıqları,
- Spinal stenoz (onurğa kanalının daralması,
- Baş-beyin və onurğa travmaları,
- Baş-beyin və onurğa törəmələri,
- İnsultlar, beyin qansızmaları,
- Hidrosefaliya,
- İnkişaf qüsurları və s.