POLİKLİNİKA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Klinik Tibbi Mərkəzin Poliklinika şöbəsi I korpusun I mərtəbəsində

yerləşir. Şöbədə 12 həkim, 16 tibb bacısı və 6 kiçik tibb bacısı olmaqla 34 tibb personalı çalışır.


Poliklinika şöbəsi cərrahiyyə, ginekologiya, infeksiya, terapiya

bölmələrindən ibarətdir. Həmçinin şöbədə endokrinoloji, psixiatrik, oftalmoloji,

stomatoloji, fizioterapevtik kabinetlər də fəaliyyət göstərir.


Ambulator – poliklinik yardım özündə profilaktik, müalicəvi-diaqnostik

və reabilitasiya tədbirlərini birləşdirir. Bu ölkə üzrə əlillik və ölüm hallarının

azalmasına xidmət edir.


Mərkəzin Poliklinika şöbəsi ən müasir tibbi avadanlıqlarla təchiz olunub.