QAN BANKI ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Kliniki Tibbi Mərkəzin Cərrahiyyə, Uşaq cərrahiyyəsi, Üz-çənə

cərrahiyyəsi, Urologiya, Neyrocərrahiyyə, Doğum və Ginekologiya,

Kardiologiya, Terapiya, İnfeksiya, Toksikologiya, Hemodializ və s. şöbələrinin,

o cümlədən Mərkəzin tabeliyindəki digər xəstəxanaların qan təchizatını məhz bu

şöbə təmin edir.


Qan Bankında qan komponentlərindən eritrosit kütləsi, yuyulmuş eritrosit

kütləsi, təzə dondurulmuş plazma hazırlanır və günün 24 saatı ərzində tələbnamə

əsasında şöbələrə göndərilir.


Mərkəzin Qan bankında 2 həkim, 7 nəfər tibb bacısı, 2 nəfər tibbi

qeydiyyatçı və 4 nəfər kiçik tibb bacısı olmaqla ümumilikdə 15 nəfər tibb

personalı çalışır.