RADİOLOGİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin aparıcı müayinə otaqları

(Rentgen, USM, KT, MRT, Angioqrafiya) xəstəxananın IV korpusunun I

mərtəbəsində yerləşir. Bu korpusda stasionarda müalicə alan xəstələrə və Acil

şöbəsinə müraciət edən vətəndaşlara 7/24 saat USM, KT və rentgen müayinələri

aparılır.


Mərkəzin I korpusunda yerləşən Poliklinika şöbəsinin nəzdində də

Radiologiya şöbəsinin aparıcı müayinə otaqları (Rentgen, USM və EEQ) var və

həftəiçi hər gün, saat 16:00-a qədər fəaliyyət göstərir. Eyni qayda ilə Mərkəzin

II korpusunda yerləşən Doğum-Ginekologiya şöbəsində də pasientlər USM

kabinetindən yararlana bilirlər. Bu korpuslarda poliklinik-ambulator xəstələr ilə

yanaşı stasionarda yatan xəstələrə də lazımi müayinələr həyata keçirilir.


Mərkəzin VII korpusunun Yoluxucu xəstəliklər şöbəsinin USM otağında

isə qeydiyyatda olan və komissiya tərəfindən yoxlanışdan keçən yoluxucu

xəstələrə həftədə bir dəfə protokol üzrə USM aparılır.


Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində icra olunan müayinələr

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində

aparılır, vətəndaşlara ödənişsiz xidmət göstərilir.