TERAPEVTİK TƏCİLİ YARDIM BÖLMƏSİ

Ümumi məlumat
Həkimlər

Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Terapevtik Təcili Yardım

bölməsi Mərkəzin I korpusunda yerləşir. 6 həkim, 9 tibb bacısı və 15 tibb

işçisindən ibarət bölmədə ümumilikdə 30 tibb personalı çalışır.


Bu bölmədə müvafiq müayinələr aparılır, insanlara terapevtik ilkin tibbi

yardımlar göstərilir və həkimlər tərəfindən konsultasiyalar verilir. Eyni zamanda

burada xəstələrin diaqnozuna uyğun çeşidlənməsi həyata keçirilir. Bölmədən

stasionara əsasən, beyin-qan dövranı kəskin pozğunluğu, miokard infarktı,

kəskin koronar sindrom və digər patalogiyalarla xəstələr qəbul olunur.