TERAPİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Terapiya şöbəsi Mərkəzin I korpusunun III mərtəbəsində yerləşir və 50

çarpayıdan ibarətdir. Şöbədə 8 həkim, 20 tibb bacısı və 17 kiçik tibb işçisi

olmaqla ümumilikdə 45 tibbi personal fəaliyyət göstərir.

Terapiya şöbəsində kəskin və xroniki xəstəliklərin müalicəsi və təqibi

həyata keçirilir. Bundan əlavə reanimasiya təqibi və müalicələri də şöbədə

aparılır.


Terapiya şöbəsinə müraciət edən pasientlərin müayinəsindən sonra

ehtiyac olarsa digər tibbi bölmələrin həkim heyəti ilə birgə müalicə üsulları

müzakirə edilib, təyinat verilir.


Şöbədə görülən tibbi xidmətlər:

1 Tənəffüs sistemi xəstəlikləri,

2) Mədə-bağırsaq sistemi xəstəlikləri,

3) Qaraciyər-öd çıxarıcı yollarının xəstəlikləri,

4) Virus hepatitlərinin ağırlaşmaları,

5) Qaraciyər-hüceyrə çatışmazlığı,

6) Sidik-ifrazat sistemi xəstəlikləri,

7) Oynaq xəstəlikləri,

8) Birləşdirici toxumanın sistem xəstəlikləri,

9) Endokrin sistem xəstəlikləri,

10) Xroniki böyrək xəstəlikləri,

11) Xroniki böyrək çatışmazlıqları,

12) Naməlum mənşəli hipertermiyalı xəstəliklər.