TRAVMATOLOGİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Travmatalogiya şöbəsi Mərkəzin IV korpusunun II mərtəbəsində yerləşir.

Şöbədə 42-i tibb işçisi fəaliyyət göstərir ki, onlardan 6-sı həkim, 20-si tibb bacısı

və 16-sı kiçik tibb işçisidir.


Şöbə 70 çarpayıdan ibarətdir. Hər biri iki nəfərlik olan palatalarda sanitar

qovşağı, çağırış siqnalları mövcuddur.


Şöbənin həkimləri tərəfindən çiyin qurşağı, bazu, dirsək, said, bilək, əl,

çanaq, bud, diz, baldır, ayaq sümüklərinin sınıq və çıxıqlarının ən müasir

üsullarla cərrahi əməliyyatları (kilidli intramedulyar, ekstrakortikal, ilizarov

aparatı ilə endoprotezləşmə, artroskopiya və s.), həmçinin ətrafların

anadangəlmə, qazanılmış, postravmatik deformasiyalarının cərrahi müalicələri

müvəffəqiyyətlə həyata keçirilir. Eləcə də şöbədəki həkimlər tərəfindən artroz

və artritlərin konservativ müalicəsi də icra olunur.