TƏCİLİ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Şöbə xəstəxananın IV korpusunun I mərtəbəsində yerləşir. Bayram və

bazar günləri də daxil olmaqla 7 həkim və 7 tibb bacısı 7/24 saat ərzində

xəstələri qəbul edir. Bu şöbəyə hər ay orta hesabla şöbəyə 2 000-ə yaxın

müraciət daxil olur. Müraciət edən bütün xəstələrə ilkin təcili və təxirəsalınmaz

tibbi yardım göstərilir.


Şöbəyə əsasən, kəskin cərrahi patologiyası olan xəstələr, müxtəlif

travmalar, bədənin müxtəlif nahiyələrinin yaralanmaları (o cümlədən irinlikləri),

açıq və qapalı sınıqlar, neyrocərrahi yardıma ehtiyacı olan xəstələr müraciət

edir.


İlkin müayinələrin nəticəsindən asılı olaraq, xəstələr müvafiq olaraq,

Cərrahiyyə, Uşaq cərrahiyyəsi, Üz-çənə cərrahiyyəsi, Travmatologiya,

Neyrocərrahiyyə, Urologiya, Reanimasiya və İntensiv terapiya şöbəsinə

yerləşdirilir və ya ilkin müayinədən sonra ambulator müalicə almaq üçün evə

buraxılır.