UROLOGİYA ŞÖBƏSİ

Ümumi məlumat
Həkimlər

Urologiya şöbəsi Mərkəzin III korpusunun IV mərtəbəsində fəaliyyət

göstərir.


Şöbə 30 çarpayıdan ibarətdir. Hazırda şöbədə 4 həkim, 1 rezident, 13 tibb

bacısı və 10 kiçik tibb işçisi olmaqla ümumilikdə 28 tibb personalı çalışır.

Şöbədə iki nəfərlik olan palatalarda sanitar qovşağı, çağırış siqnalları fəaliyyət

göstərir.


Ən son texnologiyalarla təmin olunan Kliniki Tibbi Mərkəzin Urologiya

şöbəsində icbari sığortanın Xidmətlər Zərfində nəzərdə tutulan bütün

endoskopik və laparoskopik uroloji əməliyyatlar uğurla icra olunur.

Burada çalışan həkimlərimizin başlıca məqsədi ən son tibbi müalicə

üsulları ilə xəstələrin qısa zamanda sağalıb, normal həyata dönmələrini təmin

etməkdir.