İlk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) artroskopik əməliyyatların icrasına başlanılıb
Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) artroskopikəməliyyatların icrasına başlanılıb. Bu həm də Mərkəzin tarixində bir ilkdir.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir endoskopikcərrahiyyə sahəsində tibbin ən son texnoloji avadanlıqları alınıb və artıq iki əməliyyat uğurlabaşa çatıb.Qeyd edək ki, bu günə kimi Azərbaycanda endoskopik cərrahiyyə sahəsində bu cür əməliyyatlaryalnız bir neçə özəl klinikada mümkün olub.Endoskopik cərrahiyyənin bir sahəsi olan artroskopiya müasir ortopedik cərrahiyyədə genişistifadə olunur. Artroskopiya sözü oynağın içinə baxmaq anlamına gəlir. Bu metodun üstünlüyüoynağı açmadan onlarda müxtəlif əməliyyatları aparmağa imkan verir ki, bu da öz növbəsindəxəstələrin erkən reabilitasiyası, xəstəxanada yatış müddətinin azalması, oynaqları daha genişgörmək imkanı, daha az fəsad və risk deməkdir. O cümlədən, bu cür əməliyyatlar infeksiyariskini azaltmaqla yanaşı, estetik cərrahi müdaxilə də hesab edilir.Artroskopik cərrahiyyə aşağıdakı oynaq xəstəliklərində icra edilir:• Menisk yırtıqlarının müalicəsində,• Erkən dönəmlərdə oynaq kirəclərinin təmizlənməsində,• Oynaq içərisində olan qığırdaq və sümük hissəciklərinin çıxardılmasında,• Ön və arxa çarpaz bağ yaralanmalarında,• Oynaqların iltihabi xəstəliklərində,• Diz qapağının müxtəlif xəstəliklərində,• Oynaq qığırdaq xəstəliklərində,• Oynaqdaxili qırıqların müalicəsində,• Diaqnostik məqsədlə,• Cırılmış menisk hissəciklərinin çıxardılmasında,• Oynaqlarda qığırdaq transplantasiyasında,• Diz qapağı oxunun düzəldilməsində,• Oynaq kontrakturalarının açılmasında,• Oynaq içində olan xoşxassəli şiş və ya kistaların xaric edilməsində və s.Məlumat üçün bildirək ki, artıq Kliniki Tibbi Mərkəzdə artroskopik cərrahiyyə üzrə gündəlikolaraq 4-5 əməliyyatın keçirilməsi imkanları yaranıb. Gələcəkdə bu sahənin daha da inkişafetdirilməsi əsas prioritetlərdən biridir.


20.04.2022