Avtomobil qəzasında yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib
Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər KlinikiTibbi Mərkəzə gətirilib. Yaralılardan 6-sı qadın, 1-i kişi olub.Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların verdiyiməlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.


28.05.2022