ÜST-ün ekspert missiyası Kliniki Tibbi Mərkəzdə olub.
ÜST-nin ehtiyacların qiymətləndirilməsi və gələcək texniki əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil etdiyi 5 günlük ekspert missiyası Bakıda işini davam etməkdədir. Missiya üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikası, 1 Nömrəli Bakı Tibb Kolleci və 2 Nömrəli Bakı Baza Tibb Kollecində olaraq tibbi təhsil, xüsusən orta tibb işçilərinin təhsili sahəsində mövcud imkanlarla tanış olub. Daha sonra missiya üzvləri Kliniki Tibbi Mərkəzdə həyata keçirilən yeniliklərlə tanış olublar. Mərkəzin direktoru Könül Ələkbərov görülən işlərlə bağlı məlumat verib. Mərkəzlə tanışlıq zamanı təlim səhəsində əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb. Məlumat üçün bildirək ki, missiya üzvləri Azərbaycan Tibb Universitetinin rektoru Dr. Gəray Gəraybəyli ilə görüşərək, tibbi təhsildə potensial əməkdaşlıq istiqamətləri, birgə təlim proqramlarının təşkili və bu sahəsində anlaşma memorandumunun imzalanması məsələlərini müzakirə ediblər.


20.09.2022