Kliniki Tibbi Mərkəzdə növbəti uğurlu beyin əməliyyatı icra olunub
TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzdə daha bir uğurlu beyin əməliyyatı keçirilib. Əməliyyat zamanı irihəcmli törəmə beyindən tam total xaric edilib. Epileptik qıcolma səbəbi ilə yıxılaraq xəsarət alan xəstə KTM-in Təcili tibbi yardım şöbəsinə gətirilib. Aparılan ilkin müayinələr zamanı xəstənin sağ alın nahiyəsində patoloji ocaq təyin edildiyi üçün Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstədə aparılan baş-beyin kontrastlı MRT müayinəsi zamanı sağ alın payında iri həcmli törəmə - meningioma təyin edilib. Uzman neyrocərrah Fərid Qaralovun və rezident həkim Elşən Əhmədli tərəfindən sağ alın-təpə payında yerləşən iri həcmli törəmənin (meningioma) xaric edilməsi əməliyyatı uğurla icra olunaraq tam total xaric edilib. Əməliyyat sonrası xəstənin ümumi vəziyyətində ağırlaşma qeydə alınmayıb və xəstə bir neçə gün sonra evə buraxılıb.


25.04.2023