Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib.1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.


25.04.2023