KTM-in tabeliyində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinə uşaqların reabilitasiyası üçün müasir avadanlıqlar istifadəyə verilib
Belə ki, tibbi avadanlıq təminatının yaxşılaşdırılması, reabilitasiyaya ehtiyacı olan uşaqlara daha effektiv reabilatasion müalicənin aparılması məqsədi ilə bel və oynaq ağrıları üçün “Neurac”, yuxarı ətrafların və kiçik hərəkətlərin inkişafı üçün “Ortorent Motorika”, aşağı ətraf yükünün tənzimlənməsi ilə hərəkət və ya məşq etmək üçün “Ortorent S”, yataq xəstələrinin hərəkəti üçün “Ortorent Moto-L” avadanlığı istifadəyə verilib. Bununla da Uşaq Bərpa Mərkəzində göstərilən tibbi xidmətlərin sayı artırılıb. Uşaq Bərpa Mərkəzi Azərbaycanda uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların reabilitalogiyasının inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz 18 yaşa qədər uşaqların arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir. Məlumat üçün bildirək ki, reabilitasiyaya ehtiyacı olan uşaqlarda müalicənin erkən başlanması ölkədə əlillik faizinin azalmasına şərait yaradır. Bu səbəbdən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün gecikmədən müraciət etmək vacibdir.


08.05.2023