Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilib
TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin əməkdaşları Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.Ziyarətə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, müavinləri və Mərkəzin həkim kollektivi qatılıb. Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub. Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.


08.05.2023